Xaricdə Təhsil üzrə Dövlət Proqramının rəsmi saytı varmı?
Xaricdə təhsil üzrə dövlət proqramında necə iştirak etmək olar?
Proqrama 2 cür qoşulmaq olar:
1. Siyahıda olan univeristetlərə müstəqil qəbul olacaq qəbul məktubunu Təhsil Nazirliyinə təqdim etməklə (bu halda TQDK nəticələri lazım deyil)
2. TQDK imtahanında bakalavr üzrə texniki fənlərdən 550-dən yuxarı, humanitar fənlər üzrə 600-dən yuxarı bal yığaraq təhsil nazirliyinə müraciət etməklə.
Aylıq təqaüd nə qədər olur? Ödənişlər necə olur?
Proqramdan keçən tələbələrin təhsil haqqı universitetlərdən təqdim olunan sənəd (in-voice) əsasında ödənilir. Yemək, yataqxana və digər xərclər üçün isə hər ölkə üçün müəyyən pul hesablanıb, həmin cədvələ aşağıdakı linkdən baxa bilərsiniz:
Dövlət Proqramına hansı universitetlər daxildir?
Proqrama sənədlərimi təqdim etdikdən sonra proses necə davam edir?
Sənəd verdikdən sonra sənədlərinizdə hər şey qaydasındadırsa sizi intervyuya çağırırlar. İntervyu Təhsil Nazirliyində olur və orda verilən suallar çox müxtəlif mövzuları əhatə edir. Dövlət Proqramı ilə xaricə gedən tələbə Azərbaycanı təmsil edir və ona görə ixtisası ilə yanaşı ümumi dpnya görünüşünü və xüsusən də Azərbaycanın tarixi, musiqisi, filmləri və s. barədə nə qədər məlumatlı olduğunuzu da yoxlaya bilərlər. İntervyu Azərbaycan dilində keçirilir və Azərbaycan dilində yaxşı danışmağınız önəmli faktorlardan biridir. İntervyunu adətən Elmar Qasımov, Qulu Novruzov və Əlipaşa Zeynaalov alırlar. İntervyudan sonrakı bir həftə ərzində sizə zəng vurub keçib-keçmədiyiniz barədə məlumat verirlər və əgər keçmisinizsə sizi nazirliyə çağırırlar. Orda anket doldurursunuz, sonra bütün sənədləriniz Preziden Aparatına göndərilir. Orda sənədlər təsdiqlənib qayıtdıqdan sonra sizə nazirlikdən zəng burub çağırırlar və müqavilə imzalayarsız. Ondan sonra dövlət proqramından keçən tələbələin siyahısını STİ-yə (Student Travel İnternational) göndərirlər və ora gedib biletinizi götürürsünüz. Dövlət Proqramı ildə ancaq bir dəfə gəlmək üçün bilet pulunu ödəyir, yəni size bir gediş-gəliş bileti verilir. Bütün bu proses çox vaxt ala bilər, ona görə sənədlərinizi mümkün qədər tez verməyiniz məsləhətdir.
Universitetə qəbul olduqdan sonra viza üçün müraciət edəndə məndən bank hesabı və orada böyük miqdarda pul olmasını istəyirlər. Mən nə edə bilərəm?
Dövlət Proqramından keçdikdən sonra təhsil nazirliyinə müraciət edib sizin xərclərinizi maliyyələşdirəcəklərinə dair sənəd vermələrini xahiş edin. Həmin sənədi viza ofisinə göndərin. Bu halda bank hesabı istəməyəcəklər. Vizanı nə qədər müddətə alacağınız hər ölkə üzrə dəyişir, bu prosesin nə qədər vaxt alacağını əvvəlcədən öyrənin ki işinizi planlı tutasınız və sonra dərsə gecikməyəsiniz.
Mən dövlət proqramının siyahısında olan universitetə keçən il qəbul olmuşam və bir il şəxsi hesabıma təhsil almışam. İndi dövlət proqramına keçə bilərəmmi?
Bəli, proqramın saytında göstərilmiş sənədləri Təhsil Nazirliyinə təqdim edib intervyudan keçərək dövlət proqramına daxil ola bilərsiniz, bunun üçün universitetə yeni başlamaq şərt deyil. Önəmli olan qəbul olduğunuz universitetin siyahıda olmasıdır.
QEYD: Proqram haqqında əlavə suallarınızı "Xaricdə təhsil üzrə övlət Proqramı" mövzusunda verə bilərsiniz, ordakı suallarla FAQ-ı daha da genişləndirəcəyik.